Tramp ABŞ tarixinin ən böyük səhvini açıqlayıb

4 Avqust 2020 11:19 (UTC+04:00)
Yaxın Şərq regionuna qoşunlarını göndərməsi ABŞ tarixinin ən böyük səhvi idi. Mövqe.az-ın məlumatına görə, bunu ölkə Prezidenti Donald Tramp öz müsahibəsində deyib. O, öz fəaliyyəti dövründə digər ABŞ prezidentlərinin edə bilmədiyini etdiyini bəyan edib: "Biz İŞİD-i 100 faiz məhv etdik, biz Süleymanini, əl-Bağdadini zərərsizləşdirdik. Mən digər prezidentlərin edə bilmədiyini etdim. Onlar, ümumiyyətlə Yaxın Şərqə gəlməməli idilər. Yaxın Şərqə qoşun göndərmək və bu regionun işlərinə müdaxilə etmək qərarı ölkəmizin tarixinin ən böyük səhvidir".