Rabitə Nazirliyi genişzolaqlı internetin əhatə dairəsinin genişləndirilməsi üçün yeni texnologiyalar tətbiq edir

4 Avqust 2020 14:47 (UTC+04:00)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" MMC regionlarda genişzolaqlı internetin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə şəbəkə infrastrukturu layihəsi hazırlayıb. Bu barədə Mövqe.az-a nazirlikdən bildiriblər. İlkin mərhələdə dörd regionda – Gəncə, Sumqayıt, Abşeron və Masallıda ən yeni GPON (Gigabit Passive Optical Network) texnologiyasından istifadə olunmaqla infrastruktur rekonstruksiya ediləcək: "Bu işlər başa çatdıqdan sonra növbəti mərhələdə bu texnologiyanın digər regionlarda quraşdırılmasına başlanacaq". Qeyd edək ki, GPON texnologiyası istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və televiziya xidmətlərindən istifadə imkanı verir.