“Torino”nun baş məşqçisi istefa verib

4 Avqust 2020 15:57 (UTC+04:00)
İtaliyanın "Torino" klubunun baş məşqçisi Moreno Lonqo istefa verib. Goal.az-ın məlumatına görə, o, qərarını A Seriyasının sonuncu – 38-ci turunda "Bolonya" ilə keçirilən oyundan sonra bildirib. Turin təmsilçisinin yeni baş məşqçisi də artıq məlumdur. Klubun idman direktoru Davite Vaqnati yerli mətbuata açıqlamasında "Milan"ın sabiq baş məşqçisi Marko Campaolo ilə razılıq əldə etdiklərini deyib.