Monteneqro Azərbaycanı epidemioloji baxımdan təhlükəsiz ölkələr siyahısına daxil edib

4 Avqust 2020 18:59 (UTC+04:00)
Monteneqro hökuməti nəzdində Milli Koordinasiya Şurası Azərbaycanı və Rusiyanı epidemioloji baxımdan təhlükəsiz ölkələrin "yaşıl" siyahısına daxil edib. Trend-in məlumatına görə, bu barədə Çernoqoriya hökumətinin bəyanatında deyilir. Məlumata əsasən, yaşıl siyahıda olan ölkələrin vətəndaşları Monteneqroya hər hansı bir əlavə şərt olmadan daxil ola bilər. Monteneqro hökumətinin koronavirus pandemiyası ilə bağlı vəziyyətdən asılı olaraq ölkələrin "sarı" və "qırmızı" siyahısı da mövcuddur.