Metro avqustun 31-dək işləməyəcək

4 Avqust 2020 23:28 (UTC+04:00)
Baş Nazir Əli Əsədov xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar imzalayıb. Mövqe.az-ın məlumatına görə, qərara əsasən "Bakı Metropoliteni" avqustun 31-dək sərnişin daşımayacaq. Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən metronun avqustun 31-dək sərnişin daşımıyacağı barədə məlumat verilib.