Milli Məclisdə iyul şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

5 Avqust 2020 11:09 (UTC+04:00)

Milli Məclisdə iyunda şəhid olan Azərbaycan hərbçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Mövqe.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında çıxış edib.

Daha sonra deputatlar ayağa qalxaraq şəhid hərbçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.