Türkiyədə koronavirusla bağlı son statistika

5 Avqust 2020 21:11 (UTC+04:00)

Son sutkada Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb.

Mövqe.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 784 nəfərə çatıb.

Son sutkada Türkiyədə koronavirusa 1 178 yeni yoluxma qeydə alınıb. Hazırda qonşu ölkədə koronavirus xəstələrinin ümumi sayı 236 112 nəfər təşkil edir.   

Fahrettin Koca qeyd edib ki, bu gün 1 015 koronavirus pasiyenti sağalıb. Beləliklə, Türkiyədə koronavirusdan sağalanların sayı 219 506 nəfərə yüksəlib.

Xatırladaq ki, Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.