Bakıda avtomobilin vurduğu piyada öldü

6 Avqust 2020 13:36 (UTC+04:00)

Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə, hadisə avqustun 5-i saat 20 radələrində Qala qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini M.Həsənli idarə etdiyi “VAZ-21705” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bəşir Bəşirovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.