Cəlilabad meşələrində yanğın başlayıb

6 Avqust 2020 16:52 (UTC+04:00)

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. 

"Report"un Muğan bürosunun məlumatına görə, yanğın Cəlilabad meşəbəyliyin 4-cü və 5-ci dolaylarında qeydə alınıb.

Yanğın yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikaları cəlb edilib. Lakin güclü külək yanğının geniş əraziyə yayılmasına səbəb olub.

Hazırda yanğın davam edir.