Ərdoğan Beyrutdakı partlayışdan danışdı

7 Avqust 2020 17:00 (UTC+04:00)

Beyrutda partlayışın baş vermə səbəbi aydın deyil.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Beyrut partlayışının günahkarları hələ müəyyən edilməyib:

“Məsələ ilə bağlı Livan prezidenti ilə əlaqə saxladım. Günahkarların kimlər və ya hansı təşkilat olduğu haqda məlumat yoxdur. “Bunlar edib”, “bu işdə günahkar filan təşkilatdır” demək biz siyasətçilərə yaraşmaz. Livan rəhbərliyinin verəcəyi məlumatları izləyirik. Bu, çox böyük fəlakətdir”.