Roma papası Livana maliyyə yardımı edib

7 Avqust 2020 18:00 (UTC+04:00)

Roma papası I Fransisk Beyrut limanında baş vermiş güclü partlayış nəticəsundə zərər çəkən insalara dəstək məqsədilə Livan kilsəsinə 250 min avro ianə verib.

Mövqe.az-ın məlumatına görə, maliyyə yardımı Beyrutdakı apostol nunsiaturası vasitəsilə verilib.

Roma papası, həmçinin Livan xalqına dəstək olduğunu açıqlayıb.

Xatırladaq ki, Beyrut limanında baş vermiş partlayış nəticəsində 154 nəfər ölüb. 5 mindən çox şəxs yaralanıb.