Kafe və restoranlar nə vaxt açılır? - Rəsmi

8 Avqust 2020 11:23 (UTC+04:00)

Növbəti həftədə - avqustun 17-dən etibarən açıq havalarda kafe və restoranların fəaliyyətinin bərpası müzakirə olunur.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Eyni zamanda rayonlara gediş-gəlişin bərpası da müzakirə olunan məsələlər siyahısındadır. Əgər yoluxma sayı düşməkdə davam edərsə, bu yumşalmalara gedəcəyik", - o bildirib.