Azərbaycan xalqının COVİD-19-a qarşı mübarizəsi

8 Avqust 2020 18:56 (UTC+04:00)
Bildiyimiz kimi 2020-ci ilin ən böyük bəlalarından biri olan COVİD-19 virusu bütün dünyada o cümlədən Azərbaycandada sürətlə yayılmağa başladı.Lakin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bu virusa qarşı biganə yanaşmayıb,vaxtında və yerində müdaxilə etmişdir.Son günlərdə də İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Koronavirusla bağlı müsbət statistikalar müşahidə edirik.İyul ayının 16-sından bəri yoluxma sayında azalma müşahidə olunur.Bu bizim ölkəmiz üçün ən böyük uğurdur.Bu uğurda ən böyük zəhmət həkimlərizin üzərinə düşmüşdür.46 xəstəxana koronaviruslu xəstələrin ixtiyarına verildi ki,bunların 41-i son 17 il ərzində tikilib,əsaslı şəkildə təmir edilib və müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur.Xəstə sayını nəzərə alaraq prezidentin əmri ilə 9 yeni modul tipli xəstəxana qısa müddətdə istifadəyə verilmişdir.
        Ölkə rəhbəri bu karantin müddətində az təminatlı ailələrə də böyük miqdarda vəsait ayırmış,saysız yardım göstərmişdir.5 milyona yaxın insan geniş sosial paket ilə təmin edilmişdir.
       Pandemiya dövrü olmağına baxmayaraq prezident tərəfindən 2020-ci ildə rekord sayda-1500 mənzilin şəhid ailələrinə və müharibə əlillərinə verilməsi nəzərdə tutulub və artıq 554 mənzil sahiblərinə verilib.Qalan mənzillərində ilin sonunadək verilməsi gözlənilir.
      İşsizlər və xüsusi karantin rejiminə görə işini itirənlər 190 manat birdəfəlik ödəmə ilə təmin olunub,600 min şəxsə Aprel-May ayları arasında 225 milyon manat ödəniş edilib.Bu bir dəfəlik ödənişin Avqust ayındada verilməsi nəzərdə tutulub.100 min ailəyə 2 dəfə ərzad payı verilib,əhaliyə verilən güzəştli elektrik enejinin limiti artırılıb,760 min vətəndaşın işsizliklə üzləşməsinin qarşısı alınmışdır.15 mindən çox 65 yaş üstü tənha və əlil şəxslərə sosial yardım göstərilmişdir.
     Koronavirusla bağlı görülən tədbirlər insanların təhlükəsiz və rahat yaşayışını təmin etməkdən ötürüdür.Biz hamımız yaxşı başa düşürük ki,bütün insanlar artıq yorulub,koronavirusla bağlı mübarizə edən bütün şəxslər,o cümlədən rəhbərlik 24 saatlıq iş rejimində işləyirlər.Artıq Avqust ayının 5-indən karantin rejimi müəyyən qədər yumuşaldılıb.İrəliləyən tarixdə daha yaxşı statistika əldə edilsə karantin rejimi getdikcə yumuşaldılacaq.Bu da bizim özümüzdən asılıdır.Müəyyən gigiyenik qaydalara riayət etsək,ictimai nəqliyyatdan maksimum az səviyyədə istifadə edib,lazım olmadıqca yaşayış yerini tərk etməsək həm dövlətimizə həm də yaxınlarımıza,ətrafımızdaki insanlara böyük yaxşılıq etmiş olarıq.
      Bu karantin müddətində xalq olaraq bir-birimizə dəstək olmalıyıq.Bütün Azərbaycan xalqı olaraq bu virusa qalib gələcəyik. 
Əhmədli Xəmməd        
Nəsimi RİH könüllüsü