Kürdə batan şəxsin meyiti tapılıb

10 Avqust 2020 12:45 (UTC+04:00)

Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1986-cı il təvəllüdlü Cəfərov Cəfər Sahib oğlunun axtarışları başa çatıb.

Bu barədə Mövqe.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

C.Cəfərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.