Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib

10 Avqust 2020 16:46 (UTC+04:00)

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində reyd keçirilib.

Bu barədə Mövqe.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, şəhərin “bazar” adlanan ərazisində keçirilən reyd zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, pərakəndə ticarətlə məşğul olan satıcılara rast gəlinib.

Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb, yoluxucu virusun geniş vüsət aldığı bir zamanda qida məhsullarının antisanitar şəraitdə ticarətinin aparılmasının düzgün olmadı onlara izah edilib.

Qanunsuz küçə ticarəti ilə məşğul olanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.