İraq Komandılığı ABŞ karvanına hücumu barədə məlumatı təkzib edib

11 Avqust 2020 09:08 (UTC+04:00)
İraq Ordusunun Birgə Əməliyyat Komandanlığının nümayəndəsi general Təhsin əl-Xafəci Küveyt ilə sərhəd yaxınlığında ABŞ hərbi texnikalarının karvanına silahlıların hücum etməsi xəbərlərini təkzib etdi. Bu barədə general CNN telekanalına bildirib. Təhsin əl-Xafəci bildirib ki, Birgə Əməliyyatlar Komandanlığı [hücum haqqında] məlumatları inkar edir. Qeyd edık ki, "Reuters" agentliyi İraq təhlükəsizlik xidmətindəki mənbələrə istinadən bildirib ki, İraq-Küveyt sərhədi yaxınlığında parltayış baş verib.