Qurban Qurbanovun imtina etdiyi komandanın yeni baş məşqçisi bəlli oldu

11 Avqust 2020 14:00 (UTC+04:00)
Türkiyə Super Liqasına vəsiqə qazanan "Hatayspor" futbol komandasının yeni baş məşqçisi açıqlanıb. "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Ömər Erdoğana tapşırılıb. 43 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu postda Mehmet Altıparmakı əvəzləyib. Qeyd edək ki, "Hatayspor" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərsə də, təcrübəli mütəxəssis bunu qəbul etməyib.