Koronavirusa yoluxmuş müğənni xəstəxanaya yerləşdirildi
11 Avqust 2020 14:18 (UTC+04:00)
Koronavirusa yoluxmuş Rusiya və Belarus müğənnisi Rita Dakota xəstəxanaya yerləşdirilib.
Mövqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib.
"Xəbərlər çox ürəkaçan deyil: briqada gəldi, mənim vəziyyətimə baxdı, bütün göstəricilərimi ölçdü və qanımda çox az oksigen olduğunu söylədi. Nəticə belədir - məni xəstəxanaya yerləşdirirlər", - Dakota danışıb.
Qeyd edək ki, müğənninin COVID-19-a yoluxması ötən həftə məlum olmuşdu. Artistin sözlərinə görə, xəstəlik yalnız üçüncü dəfədən təsdiqlənib.