AFFA-nın icraçı vitse-prezidenti baş məşqçi ilə görüşdü

11 Avqust 2020 17:25 (UTC+04:00)
AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə görüşüb. "Report"un məlumatına görə, görüşdə milli komanda ilə bağlı bir sıra məsələlər müzakirə olunub, UEFA Millətlər Liqası və dünya çempionatının seçmə mərhələsi barədə fikir mübadiləsi aparılıb. Canni De Byazi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində İcraiyyə Komitəsi tərəfindən ona göstərilən etimada görə təşəkkür edib. Qeyd edək ki, Canni De Byazi AFFA ilə 1,5 illik müqavilə imzalayıb.