Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir

12 Avqust 2020 18:34 (UTC+04:00)

11 avqust 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısının müavinlər, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəisləri tərəfindən Masallı şəhəri, turizm bölgəsi olan Qəriblər ərazisində ictimai iaşə obyektlərində reydlər keçirilmişdir.

Reyd zamanı ictimai iaşə obyektlərində sərt karantin rejimi qaydaları, gigiyenik vasitələr, maskalardan istifadə olunub olmamağı araşdırılmışdır.
Araşdırılma zamanı Masallı şəhər ərazisində 3 ictimai iaşə, 1 şəhər sakini və Qəriblər ərazisində 1 ictimai iaşə obyekti sərt karantin rejimi qaydalarını pozduğuna görə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən inzibati qaydada cərimə olunmuşlar.
Rayon ərazisində reydlər mütəmadi olaraq davam etdirilir.

ƏLİHÜSEYN ŞÜKÜROV