Fransa Azərbaycan və Ermənistan parlamentarlarının görüşünü təşkil etmək niyyətindədir

1 Avqust 2013 11:37 (UTC+04:00)

"Fransa-Ermənistan" parlamentlərarası dostluq qrupunun sədri, senator Filipp Katsenbax Azərbaycan və Ermənistan parlamentlərinin üzvlərini münaqişəsinin nizamlanmasına dair dialoqa çağırıb.


APA-nın  yaydığı məlumata görə, Katsenbax müvafiq dəvətnaməni Ermənistan-Fransa parlamentlərarası dostluq qrupunun üzvü Ara Babloyana və Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri Mehriban Əliyevaya göndərib.

 

Dəvətdə bildirilir: "Noyabrın 29-da Ermənistan parlamenti üzvlərinin Fransaya səfəri çərçivəsində Dağlıq Qarabağda vəziyyətə dair dəyirmi masa təşkil etmək istəyirəm. Bu görüşə Fransanın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədrini də dəvət etmək niyyətim var".