Türkiyənin müdafiə naziri Azərbaycana yola düşüb

12 Avqust 2020 20:37 (UTC+04:00)

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana səfər edib.

Mövqe.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, onu Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler,  Quru Qoşunları komandanı ordu generalı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan Küçükakyüz müşayiət edir. 

Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.