Bakıda 60 yaşlı piyadanı avtomobil vurdu

13 Avqust 2020 09:27 (UTC+04:00)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Mövqe.az xəbər verir ki, hadisə Nizami rayonu 8-ci km bazarının yaxınlığında qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdlü Bağırova Bibixanım Abbas qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ona sol ayağın sınığı və kəllə-beyin travması diaqnozları qoyulub.