Təhsil Nazirliyi Ceyhun Bayramovun nazir müavini təyin edilməsi barədə xəbərləri təkzib edib

1 Avqust 2013 11:50 (UTC+04:00)

Təhsil Nazirliyi nazirliyin aparat rəhbəri Ceyhun Bayramovun təhsil nazirinin müavini vəzifəsinə təyin olunması barədə bəzi KİV-in yaydığı məlumatlara münasibət bildirib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda xəbərlər təkzib edilib.Qeyd olunub ki, Ceyhun Bayramov Təhsil Nazirliyində Aparatın rəhbəri vəzifəsində çalışır.