Kinorejissor Ələkbər Muradov vəfat edib

1 Avqust 2013 11:55 (UTC+04:00)

Bu gün əməkdar incəsənət xadimi, kinorejissor Ələkbər Muradov vəfat edib.

Ələkbər Muradovun oğlu Murad Muradovun verdiyi məlumata görə, rejissor üç ildən bəri qan xərçəngindən əziyyət çəkirmiş: "Bu gün gecə dünyasını dəyişdi. Avqustun 1-i atamın ad günü idi, bu gün 65 yaşı tamam olurdu. Uzun müddət idi xərçəngdən əziyyət çəkirdi".

 

Qeyd edək ki, Ələkbər Yunus oğlu Muradov 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft Kimya İnstitutunda, daha sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. 40-dan çox filmdə rejissor, operator olub.


Mərhumla vida mərasimi bu gün Əmircan qəsəbəsində keçiriləcək.

 

Allah rəhmət eləsin!