Cənubi Koreya müdafiə nazirinin müavini Azərbaycana səfər edəcək

1 Avqust 2013 12:01 (UTC+04:00)

Cənubi Koreya Müdafiə Nazirliyindən yüksək vəzifəli nümayəndə heyəti Azərbaycana gələcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə nazirinin müavini Bak Sunq Conun (Baek Seung-Joo) rəhbərlik etdiyi Koreya nümayəndə heyəti avqustun 9-10-da Azərbaycanda olacaq.

 Müdafiə Nazirliyində keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

 Nümayəndə heyətinin digər dövlət qurumlarında da görüşləri gözlənilir.