“Baku Medical Plaza”da qadın həkim qarət olundu

13 Avqust 2020 12:32 (UTC+04:00)

Bakıda özəl klinikada çalışan həkim qarət edilib.

“Report” xəbər verir ki, “Baku Medical Plaza” xəstəxanasının həkimi Ülkər Hüseynovanın iş otağındakı çantasından 2 000 manat oğurlanıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.