Qarabağ - Sileks matçının hakimləri bəlli oldu

13 Avqust 2020 14:55 (UTC+04:00)

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sileks" (Şimali Makedoniya) matçının təyinatları bəlli olub.

Goal.az xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yaroslav Kozıka yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Anatoli Abdulla yerinə yetirəcək.

Görüşün hakim-inspektoru isə macarıstanlı Atilla Abraham olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sileks" oyunu avqustun 18-də Bakıda gerçəkləşəcək və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.