Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

13 Avqust 2020 15:44 (UTC+04:00)

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Moskva şəhərinə yola düşüb.

Bu barədə Mövqe.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Müsabiqə avqustun 23-dən sentyabrın 5-dək keçiriləcək.