Yardımlıda qəza: Bir kənd qazsız qaldı

13 Avqust 2020 22:34 (UTC+04:00)

Avqustun 13-də axşam saatlarında baş verən avtomobil qəzası zamanı Yardımlı rayonunun Gavran kəndini təbii qazla təmin edən diametri 219 mm olan orta təzyiqli qaz xətti zədələnib.

"Azəriqaz”dan Mövqe.az-a verilən məlumata görə, təqribən 35 m uzunluğunda qaz borusunu qəzaya uğrayan "Niva” markalı maşın sürüyərək yararsız hala salıb.