Rəqsanədən yeniliklər davam edir

1 Avqust 2013 12:44 (UTC+04:00)

Ramazan ayında hər gün oruc tutub, duasını edən müğənni Rəqsanə İsmayılova müsəlmanlıq borcunu bayrama kimi davam etdirəcək.

Mövqe.az-a müğənninin mətbuat xidmətindən daxil olan məlumata görə, hazırda Moskvada olan sənətçi sentyabrda yeniliklər edəcək. Bu səbəbdən o, avqustun 3-də Bakıda olacaq. Təşkilatçı Nahid Emiloğlunun sentyabrın 10-u və11-i Yaşıl Teatrda təşkil edəcəyi solo konsertə hazırlaşan sənətçi səhnədə tək oxumağı ilə deyil, təqdimatları ilə də yadda qalacaq.


"Ramazan ayı başa çatandan sonra Bakıdan İstanbula qayıdacam. Orada konsertin məşqləri başlayacaq. Hazırda isə çəkiləcək klipin geyimləri tikilir. İki klip çəkiləcək. Heyətlə danışığımız olub. Qərara gəldik ki, klipin biri konsertimdə - yeni albomumla birlikdə təqdim olunsun. Başqa sürprizlər də gözlənilir. Digər klipin yayımı sentyabrın sonuna nəzərdə tutulub. Ekran işinin rejissoru Murat Küçükdür" – deyən Rəqsanə xanım Bakıda nəzərdə tutulan yaradıcılıq planlarının həllində prodüser Tolikin yanında olacağını diqqətə çatdırdı.


Sənətçi qızı Aysunun moda nümayişinin konsertin sonrakı günlərində baş tutacağını söylədi. Təşkilatı işlərdə Tolik Rəqsanə xanıma yardımçı olacaq.