Paşinyan BBC-nin efirində pis vəziyyətə düşüb

14 Avqust 2020 15:38 (UTC+04:00)

“Sadəcə bilmək istəyirəm, öz üzərinizə məsuliyyəti götürüb, Ermənistan silahlı qüvvələrinin törətdiyi sui-istifadə və cinayətlərə görə üzr istəyə bilərsinizmi? Sadə bir sualdır. Hə, ya yox?”.

“Report” xəbər verir ki, bu sualı BBC-nin “Hardtalk” verilişinin aparıcısı Stiven Sakur Ermənistan baş naziri Nikol Paşinyana ünvanlayıb.

İngilis dili biliyi zəif olan Nikol Paşinyan aparıcının açıq sualından yayınsa da, aparıcı onun sözünü kəsərək bunu ona xatırladıb:

“Görünür, siz “üzr istəyirəm” deməyəcəksiniz”.