"Azərişıq": "Sayğaclara müdaxilə etmək mümkün deyil"

14 Avqust 2020 16:47 (UTC+04:00)

"Azərişıq" ASC-nin sayğacları oflayn rejimdə işləyir. Sayğacların parametlərini dəyişdirmək mümküm deyil. İnformasiya sisteminə isə kənar müdaxilə ola bilməz".

 Mövqe.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Azərişıq" ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bildirib.

""Azərişığ"ın abonentlərlə münasibətində informasiya məhdudlaşması qətiyyən yoxdur. Çap olunmuş bildirişlərdə bütün məlumatlar əks olunur. Sayğaclardakı əks olunan enerji sərfiyyatının artımı abonentlərin istifadə etdikləri soyuducu və digər avadanlıqların güc və texniki parametlərindən asılıdır", - deyə V.Nəbibəyli qeyd edib.