Azərbaycanın Baş icra məmuru işdən çıxarıldı

14 Avqust 2020 17:01 (UTC+04:00)

Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi, Baş icra məmuru Nurəddin Mustafayev işdən çıxarılıb.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, N.Mustafayev ölkədə aparılan islahatlar, o cümlədən kadr dəyişiklikləri ilə bağlı işlərin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər çərçivəsində tutduğu vəzifədən azad olunub.