Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

14 Avqust 2020 21:16 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda cla bağlı avqustun 14-nə olan statistik göstəriciləri açıqlayıb.

Mövqe.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 969 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 820 002 test aparılıb. Aktiv xəstə sayı 2 024 nəfərdir, onlardan 197 nəfər reanimasiyadadır, 37 nəfər isə süni tənəffüs aparatına qoşulub.