Bir valideyn olaraq narahatam - Hikmət Hacıyev

15 Avqust 2020 11:58 (UTC+04:00)

Təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı konkret qərar yoxdur.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Təhsil müəssisələrində kütləvilik, vahid sinif otağında əyləşmək kimi məqamlar var. Təhsil İnstitutu tərəfindən bütün bu proseslər izlənilir və qiymətləndirilir. Bu məsələlər geniş müzakirə olunur və valideynlərin fikirləri də diqqətə alınır. Ən vacib məqam epidemioloji vəziyyətlə bağlıdır. Elə bu səbəblə ilk bağlanan müəssisələrdən biri tədris müəssisələri oldu. Mən də bir valideyn olaraq narahatam. Uşaqların evdə qalma şəraitində kompyuter oyunlarına aludəlikləri də artır. Bunu hər birimiz başa düşürük. Amma bu bütün dünyanın üzləşdiyi bəladır"