Ermənistanda koronavirusa yoluxma sayı artır

15 Avqust 2020 13:45 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 41 495 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 196 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 817 nəfər koronavirusdan ölüb, 5 952 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.