Komitə yeni dərs ilindən reydlərə başlayacaq-Özəl

1 Avqust 2013 13:04 (UTC+04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sentyabr ayıının 15-dən etibarən internetklüblarda reydlərə başlayacaq. Bu məlumatı Movqe.az-a Komitənin Analitik Araşdırmalar və İnformasiya şöbəsinin müdiri Elgün Səfərov verib. E. Səfərov bildirib ki, reydlər zamanı dərs vaxtı İnternet klublarda yoxlamalar aparacaqlar: "Yerli rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayan uşaqlarla iş şöbəsinin əməkdaşları da həmin məktəblilərin valideynləri ilə danışıqlara cəlb olunacaq. Layihənin məqsədi məktəblilərin dərsdən yayınmasının qarşısını almaqdır".

E. Səfərov ötən tədris ilində keçirilən bu cür reydlərin effekt verdiyini, bu səbəbdən də bu dərs ili də davam etdiriləcəyini söyləyib.