Məşhur model iş qadını oldu

1 Avqust 2013 15:18 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, dünyanın ən məşhur modellərindən olan 34 yaşlı Çex gözəli Petra Nemkova iş həyatına atılmağa qərar verib. Lüks şamlar çıxaran bir şirkət quran gözəl, eyni anda modelliik həyatına da davam edəcək.

34 yaşındakı Nemkova hələlik aktiv olaraq modellik həyatına davam edir. Amma bununla yanaşı ev dekorasiya məhsulları satan "Be The Light" adlı bir şirkət qurub. Onun ilk sahibkarlıq təcrübəsi olan "Be The Light" bir-birindən maraqlı qoxu və şəkillərdə, bir çox fərqli mədəniyyətin izlərini daşıyan lüks şamlar istehsal edir. 

ABŞ-da çıxarılan şamların bu aydan etibarən 100 dollar civarında satışa çıxması planlanlaşdırılır. 18 yaşındaykən xəyalındakı modellik peşəsini etmək üçün Çex Respublikasından ayrılan Nemkova, illərcə Paris Milan Nyu York arasında səyahət edərkən bir gün iş həyatına girəcəyini heç düşünmədiyini, insanları xəyallarının illər ərzində dəyişdiyini və yaşa görə formalaşdığına inandığını söyləyir.