Cinsi təcavüzə 165 il həbs

1 Avqust 2013 17:37 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-da, Karib ölkəsi Haitidə yoxsullar üçün qurduğu mərkəzdə uşaqlara cinsi təcavüz edən şəxsə 165 il həbs cəzası verilib.

Miamidəki federal münsif, uşaq yaştakılarla cinsi əlaqəyə girmək məqsədiylə Floridada Haitiyə gedən 68 yaşındakı Matyu Andru Karteri, "Seks turizminə təşəbbüs" daxil olmaqla 6 ayrı ithamda təqsirkar bilib. Hakim Joan Lenard, Karteri, prokurorların tələb etdiyi ən yüksək cəza olan 165 il həbsə məhkum edib. Karter, işlədiyi cinayətlərdən biri üçün 15, digərlərinin hər biri üçün də 30 il həbs cəzasına məhkum edilib. Karter, məhkəmədə əleyhində ifadə verən şahidlərin etibarlılığından şübhə duyduğunu ifadə edərək, mühakimə olunması əsnasında kafi fiziki dəlil təqdim edilmədiyini bildirib.