Abşeronun icra hakimiyyətinə 3 milyon manat verildi

1 Avqust 2013 20:00 (UTC+04:00)

Prezident İlham Əliyev Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlərə sərəncam verib.

Sərəncam 5 yaşayış məntəqəsini birləşdirən Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2013-cü ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılmasını nəzərdə tutur.