Yenə bir aparıcı TV-dən qovuldu
1 Avqust 2013 20:30 (UTC+04:00)
İctimai Televiziyanın Gənclər, elm və təhsil departamentinin
direktor müavini Ruhəngiz Mehmanqızı işdən çıxarılıb.
Rühəngiz Mehmanqızı Modern.az-a açıqlamasında faktı təsdiqləyib.
"Bu gün kadrlar şöbəsinin müdiri mənə dedi ki, işdən çıxmağın
barədə ərizə yazım. Halbuki, dünən Cəmil Quliyevlə 2 veriliş
haqqında danışmışam, verilişin qonaqlarının adını ona demişdim, o
da razılaşmışdı və bu günə qonaqlarımı çağırmışdım. Saat 12-də
çəkilişim başlamalı idi. Amma çəkilişdən 10 dəqiqə əvvəl məni
çağırıb işdən çıxmağım barədə ərizə yazdırdılar. Ərizəmi yazdım,
təbii ki, istənmədiyim yerdə qalmaq istəmərəm".
R. Mehmanqızı işdən çıxma səbəbini şifahi icazə alması ilə
əlaqələndirib. "Guya qeyd edilir ki, mən 3 gün işdən şifahi şəkildə
icazə almışam, halbuki, bu, yazılı formada olmalı idi. Düşünmürəm
ki, bu məni işdən çıxartmaq üçün səbəb olsun. Sadəcə bir
bəhanədir".
Psixologiya sahəsində təhsil aldığını deyən Ruhəngiz Mehmanqızı
qeyd edib ki, o öz sahəsinin peşəkarı olub "20 ildir uşaq
psixologiyası ilə məşğulam. "Addım-addım" verilişini hazırlayırdım.
Daha sonra "Valideyn klubu" adlı radio proqramı aparırdım.
Ümumiyyətlə bizdə uşaq problemləri ilə bağlı hazırlanan proqramlar
azdır. Bu verilişlərdə məqsədim uşaq problemlərini cəmiyyətə
çatdırmaq idi".
R. Mehmanqızı bundan sonra uşaq psixoloqu kimi karyerasını davam
etdirəcəyini bildirib.
"Cəmil Quliyev İTV baş direktoru seçiləndə demişdi ki, peşəkarlarla
işləyəcək. Amma o məni tanımadan, mənimlə söhbət etmədən işdən
çıxarıldım. Hər halda bunu kadrlar şöbəsinin deyil, Cəmil Quliyevin
mənə deməyini gözləyirdim".