ARDNŞ Yunanıstanın qaz şəbəkəsinə sahib oldu

1 Avqust 2013 21:30 (UTC+04:00)
Avqustun 1-də Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu ARDNŞ-ə bu ölkənin qaz paylayıcı şəbəkəsinin opreatoru "Hellenic Gas Transmission System Operator S.A."nın (DESFA) səhmlərinin böyük hissəsni almağa icazə verib.

ANS PRESS yunan mətbuatına istinadən bildirir ki, fondun idarə şurası DESFA-nın səhmlərinin 66%-i üçün ARDNŞ-in 400 milyon avroluq təklifini qəbul edib. Həmin səhmlərin 31%-i Dövlət Özəlləşdirmə Fonduna və 35%-i isə "Hellenic Petroleum" qaz hasilatı şirkətinə məxsusdur.