Yaşı artdıqca müdrikləşən rəqqasəmiz...
1 Avqust 2013 20:45 (UTC+04:00)
Rəqqasə bildirib ki, sadəlövh olduğu üçün hər zaman problemlər
yaşayır:
"Hər gün özümü danlayıram ki, Fatimə, bir az yekəxana, özündənrazı
ol. Sadəliyim mənə problem yaradır. Çox səhvlərim olub, amma yaşım
artıqca müdrikləşirəm. İndi səhv addım atanda gözümün önünə
yaxınlarımı, doğmalarımı gətirirəm".
Rəqqasə eyni zamanda bədxərc olmasından da şikayətlənib:
"Anam həmişə deyir ki, insan gərək "qara gün"ünü fikirləşsin. Mən
isə bunu bacarmıram. Qızıl, brilyant həvəskarı deyiləm. Bijuteriya
dəlisiyəm. Bir dəfə Hindistanda olanda bijuteriyaya beş min dollar
ödədim. Hamı elə bilirdi ki, satmaq üçün alıram".