ABŞ səfiri iftar qonaqlığı verib

2 Avqust 2013 11:45 (UTC+04:00)

Dünən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın iqamətgahında iftar süfrəsi təşkil edilib

Mövqe.az bildirir ki, tədbiri giriş sözü ilə açan səfir qonaqları salamlayaraq ABŞ Prezidenti Barak Obamanın bütün dünya müsəlmanlara təbrikini səsləndirib.

Səfir qeyd edib ki, Azərbaycanla bağlı ən xoş və gözəl cəhətlərdənbiri budur ki, dini və etnik icmalar arasında tarixən qarşılıqlı hörmət mövcud olub.


"Mən bir daha xatırlatmaq istəyirəm ki, Azərbaycanda din və ictimaiyyət arasında bir-birinə hörmət malikdir. Biz bunu qeyd edirik. Mən prezident Obamanın təbriklərinə qoşuluram", - səfir deyib.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan dünyada tolerant bir ölkə kimi tanınır.

Tarix boyu Azərbaycanda mövcud olan tolerantlıq yəhudilər, xristianlar və müsəlmanların birgə yaşamasına şərait yaradıb və bu, dünya üçün bir model olmalıdır.

Tədbirdə bir çox ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri, KİV rəhbərləri, millət vəkilləri iştirak ediblər.