Bakıda qadın özünü 5-ci mərtəbədən atıb

2 Avqust 2013 11:54 (UTC+04:00)

49 yaşlı qadının intiharının səbəbi bəlli deyil

Bakıda intihar hadisəsi baş verib. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 08.00 radələrində, Babək prospekti ev 95, mənzil 99 ünvanında qeydə alınıb.

Doqquzmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan, 1964-cü il təvəllüdlü Kifayət Tofiq qızı Rəhimova yaşadığı evin eyvanından özünü atıb. O, aldığı xəsarətdən yerindəcə keçinib. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.