Federal Tədqiqatlar Bürosundan Snovdenin atasına təklif

2 Avqust 2013 13:22 (UTC+04:00)

Federal Tədqiqatlar Bürosu ABŞ-ın gizli məlumatlarını aşkara çıxarmaqla günahlandırdığı Edvard Snovdenin atasına Rusiyanın paytaxtı Moskvaya gedib oğlu ilə görüşməyi təklif edib.

Rusiyanın dövlət kanalına verdiyi açıqlamasında Lonni Snovden bu təklifin ona bir neçə həftə əvvəl gədiyini lakin təklifi qəbul edib oğlunu görmək istəsə də FTB-dən bu təklif ilə bağlıdaha geniş açiqlamalar istədiyini əlavə edib.

"Röyter" xəbər agentliyinin məlumatına istinadən bildirilir ki, Ata Snovden açiqlamalarında oğlu barədə bunları deyib: "ABŞ-ın beynəlxəlq təhlükəsizlik bürosunun elektron təqib və izləmə proqramları haqqında gizli məlumatları aşkara çıxaran oğlum Amerikanı daha demokratik bir ölkə halına gətirən əsl vətənpərvərdir.Əgər o Həyatının sonuna qədər Rusiyada yaşamaq istəsə buna etriaz etmərəm.Ümid edirəm Rusiya onu qəbul edər". Sonda o, Rusiya hökumətinə oğlunun təhlükəsizliyini təmin etdiyi üçün öz təşəkkürünü bildirib.