Yezidilər də Ermənistanı tərk edir

2 Avqust 2013 15:04 (UTC+04:00)
Ermənistanda yaşayan yezidilər də bu ölkəni kütləvi surətdə tərk etməyə başlayıb. Mövqe.az-ın "news.am" saytına istinadən xəbər verir ki, bu barədə məlumatı Dünya yezidiləri milli şurasının prezidenti Əziz Tamoyan dünən keçirdiyi mətbuat konfransında verib.

Yezidilərin ölkəni tərk etməsinin səbəbinin ermənilərdən fərqli olmadığını deyən Tamoyan işsizlik faktorunu önə çəkib.

"İnsanlar iş tapa bilmir və məcbur olub başqa ölkələrə gedirlər. Hər halda Ermənistan rəhbərliyinin bu məsələ üzərində düşünəcəyi vaxt gələcək və bu problemin qarşısı alınacaq", – deyə şura rəhbəri bildirib.

Tamoyan həmçinin rəsmi İrəvanın kütləvi köçün qarşısının ala biləcəyinə ümid etdiyini deyib.