Sabah Bakıda yağış yağacağı gözlənilir

2 Avqust 2013 15:46 (UTC+04:00)

Sabah Bakının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Lakin axşam və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 20-25 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.


Abşeron çimərliklərində temperatur 23-26 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında avqustun 3-də hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 21-26 dərəcə isti təşkil edəcək.