Məşhur cütlük boşanır?

2 Avqust 2013 15:28 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, məşhur aktyor Maykl Duqlas və sevgilisi Katherine Zeta Consun boşanmaq üzrə olduğu deyilib. Star jurnalının iddiasına görə 2000-ci ildə evlənən məşhur cütlük boşanır. İrəli sürülən iddialara görə cütlük yaşadıqları sağlamlıq problemləri səbəbiylə boşanır. Duqlas bir müddət əvvəl qırtlaq xərçənginə tutulmuş və müalicə görmüşdü. Çətin bir dövr yaşayan cütlük Duqlasın sağalmasıyla yenidən keçmiş xoşbəxt günlərinə dönmüşdü. Lakin bu müalicə müddəti yaşanan çətinliklər Katherinanın sağlamlığını pis təsir edib. İllərdir təkrarlanan bipolar pozuqluq yenidən ortaya çıxıb. Zeta Cons ötən aylarda buna görə bir reabilitasiya mərkəzində müalicə görmüşdü. İddialara görə cütlüyün əlaqəsini pozan da bu olub. Hər nə qədər Katherina evliliyini qurtarmağa çalışsa da Maykl Duqlas boşanmaqdan qərarlı olub. 68 yaşındakı Duqlas və 43 yaşındakı Zeta Consun biri qız, bir oğlu var. Maykl Duqlas Katherina Cons ilə evlənə bilmək üçün o dövrdə evli olduğu Diandra Douglasa 45 milyon dollar boşanma təzminatı ödəmişdi.